Keçmiş məhkum tapança ilə tutuldu
10 mart 2021 10:31 (UTC +04:00)

Keçmiş məhkum tapança ilə tutuldu

Yevlax rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirib. 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid 6 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Mehman Nəbiyev

Oxşar yazılar