Saxlanılan şəxs və götürülən odlu silah
17 yanvar 2022 11:53 (UTC +04:00)

Saxlanılan şəxs və götürülən odlu silah

"Kalaşnikov" satanda tutuldu

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən Aftandil Çobanov  saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun əlindəki çantaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1731
avatar

Mehman Nəbiyev

Oxşar yazılar