Kafedə keçmiş məhkumun başına şüşə çırpıb, sonra...
09 aprel 2021 12:13 (UTC +04:00)

Kafedə keçmiş məhkumun başına şüşə çırpıb, sonra...

Masallıda quldurluq hadisəsi olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Masallı rayon Polis Şöbəsinə müraciət edən əvvəllər məhkum olunmuş R.Nəcəfov aprelin 7-də Sərçuvar kəndi ərazisindəki kafedə naməlum şəxslərin onu döyərək baş nahiyəsinə şüşə qabla xəsarət yetirib 1870 manat pulunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xıl kənd sakinləri H.Hüseynov və R.Nurəliyev müəyyən edilərək saxlanılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Mehman Nəbiyev

Oxşar yazılar