İstirahət günlərində yol qəzaları  4 CAN ALDI - KRİMİNAL XRONİKA
06 iyun 2022 10:04 (UTC +04:00)

İstirahət günlərində yol qəzaları 4 CAN ALDI - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilən 115 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.

# 2457
avatar

Mehman Nəbiyev

Oxşar yazılar