İstirahət günləri yollarda 6 nəfər ölüb -  KRİMİNAL XRONİKA
12 sentyabr 2022 10:33 (UTC +04:00)

İstirahət günləri yollarda 6 nəfər ölüb - KRİMİNAL XRONİKA

Sentyabrın 10-da və 11–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 176-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 14-nün açılması təmin olunub.    

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.  

Narkotiklərlə əlaqəli 128, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Sevinc Fərid

Oxşar yazılar