Həmkəndlisini ürəyindən vurdu
28 sentyabr 2022 14:03 (UTC +04:00)

Həmkəndlisini ürəyindən vurdu

Tovuzda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. 22 yaşlı Əliyev Elxan Nəbi oğlu mübahisə zamanı həmkəndlisi 25 yaşlı İsmayılov Elməddin Vaqif oğlunun ürək nahiyəsinə bıçaqla ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 2565
avatar

Mehman Nəbiyev

Oxşar yazılar