Hədələyib mağazanı qarət etdi
05 iyul 2021 13:48 (UTC +04:00)

Hədələyib mağazanı qarət etdi

Naməlum şəxs Xırdalan şəhəri ərazisindəki mağazaların birində satıcını bıçaqla hədələyərək quldurluq yolu ilə oradan 40 manat pul, 3 ədəd tütün məmulatı və 1 ədəd sərinləşdirici içki aparıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakini V.İbrahimov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332
avatar

Mehman Nəbiyev

Oxşar yazılar