Gözlük oğurlayan erməni: Şarl Aznaura görə Fransanı seçdim
02 mart 2023 02:14 (UTC +04:00)

Gözlük oğurlayan erməni: Şarl Aznaura görə Fransanı seçdim

Fransanın Pluzane şəhərində optika mağazalarından sislsilə oğurluq edən erməninin məhkəməsi başa çatıb.

Lent.az-ın “Le Telegramme” nəşrinə istinadla məlumatına görə, məhkəmə Ermənistan vətəndaşının bir neçə  mağazadan 140 000 avro dəyərində bahalı gözlükləri oğurladığını sübut edib. Bahalı sağanaqları oğurlayan erməni təkcə bir optikə 30 000 avro ziyan vurub.

Məhkəmə prosesində məlum olub ki, 2002-ci ildən Fransaya gələn erməninin adı artıq 17 cinayət işində hallanır. O, Fransaya gəlişini belə əsaslandırıb: Şarl Aznaur Fransanı seçdiyi üçün mən də bura gəldim.

Məhkəmənin hökmü ilə Ermənistan vətəndaşı 1 il azadlıqdan məhrum edilib.

 

# 2442
avatar

Oxşar yazılar