Gənc oğlanı öldürüb basdırdılar,  qardaşı da tutuldu FOTO
03 fevral 2023 13:47 (UTC +04:00)

Gənc oğlanı öldürüb basdırdılar, qardaşı da tutuldu FOTO

Türkiyədə itkin düşən gənc oğlanın meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qars şəhərinin Sarıqamış qəsəbəsində qeydə alınıb. 6 gün əvvəl itkin düşən 26 yaşlı İlhan Akbulutun meyiti iki kəndin arasındakı körpünün altında torpağa basdırılmış halda aşkarlanıb.

Polis və prokurorların araşdırması nəticəsində Akbulutun ov tüfəngi ilə öldürüldüyü müəyyənləşib. Faktla bağlı 6 nəfər saxlanılıb. Onlar arasında mərhumun böyük qardaşı E. Akbulut da var.

Araşdırma aparılır.

# 3495
avatar

Oxşar yazılar