Evlərdən külli miqdarda oğurluq edən  qadınlar tutuldu
12 sentyabr 2022 15:49 (UTC +04:00)

Evlərdən külli miqdarda oğurluq edən qadınlar tutuldu

Binəqədi rayonu ərazisindəki evlərin birindən 3000 manat pul oğurlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Mirzəyeva saxlanılıb.

Lənkəran rayonu, Sütəmurdov kəndindəki evlərin birindən isə 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini S.Rəhimova saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

# 2529
avatar

Mehman Nəbiyev

Oxşar yazılar