Ərini öldürmək üçün killerlər tutdu - QANDONDURAN SƏBƏB
24 avqust 2022 18:50 (UTC +04:00)

Ərini öldürmək üçün killerlər tutdu - QANDONDURAN SƏBƏB

Hindistanda qadın ərini öldürmək üçün sevgilisi ilə əlbir olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Hindistanın Tamil Nadu ştatında baş verib. Məlumata əsasən, Anupallavi adlı qadın taksi sürücüsü və dəyirman müdiri Navin Kumar ilə evli imiş.

Cütlüyün iki övladı var. Arvad iş adamı Humavanat Kumarla münasibət qurub və ərindən yaxa qurtarmaq qərarına gəlib.

Bunun üçün sevgililər üç killer tutublar. Onlara 90 min rupi (təxminən 1917 manat) avans ödənilib və sifariş icra edildikdən sonra killerlərə daha 110 min rupi (təxminən 2343 manat) ödəyəcəklərini vəd ediblər.

Killerlər taksi kimi sifariş verib Navini çağırıblar. Onlar taksi sürücüsünü qaçırıb öldürməli idilər. Sonradan qətldən üz vaz keçiblər. Buna görə də sürücünü içirib sərxoş ediblər və guya onun öldürüldüyü görüntüsünü əks etdirmək üçün üzərinə ketçup vurublar. Ketçup vurulan Navinin fotosunu sevgililərə göndəriblər.

Anupallavinin sevgilisi ketçuplu fotoları görəndə bunun səhnə oyunu olduğunu anlayıb və onu öldürməyə cəhddə ittiham ediləcəyindən qorxaraq intihara cəhd edib. Daha sonra Navin polisə başına gələnləri danışıb.

Polis Anupallavi və onun sevgilisinin telefonlarını yoxlayıb və qadının anasının da qətlə cəhddə əli olduğunu müəyyən edib. Qadının anasını və killerlik üçün tutulan üç nəfəri saxlayıblar.

Navin isə arvadını bağışladığı üçün polisdən onu cəzalandırmamağı xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4086
avatar

Oxşar yazılar