Dünən qəzalarda 4 nəfər ölüb -  GÜNÜN KRİMİNAL XRONİKASI
13 may 2022 10:18 (UTC +04:00)

Dünən qəzalarda 4 nəfər ölüb - GÜNÜN KRİMİNAL XRONİKASI

Respublikanın daxili işlər orqanları mayın 12-də törədilən 59 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 81 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

# 1179
avatar

Mehman Nəbiyev

Oxşar yazılar