Doqquz  "qanuni oğru"   saxlanıldı - FOTO
23 may 2022 10:33 (UTC +04:00)

Doqquz "qanuni oğru" saxlanıldı - FOTO

Gürcüstan Daxili İşlər Nazirliyi 9 "qanuni oğru"nu saxlayıb. 

Lent.az-ın məlumatına görə, David Kurasbediani (Çuto Xonski), Gia Qiorqadze, Roman Xmaladze (Roma Batumski),  Laşa Barateli (Chia Sankt-Peterburq), Tenqo Khoperia (Çinka Lançxutski),  Revaz Lortkipanidze (Rezo Tbilisi),  Akaki Tuquşi (Enzo Batumi),  Gia Gogeliani barəsində polis bir neçə ay ərzində gizli araşdırmalar aparıb.  

Axtarışlar nəticəsində təqsirləndirilən şəxslərin bir-biri ilə və xaricdə olan "qanuni oğrular"la əlaqə saxladıqları kompüterlər və mobil telefonları götürülüb.

Qeyd edək ki, onlar təkcə Tbilisidə deyil, həmçinin İmereti, Semeqrelo və Acarıstan bölgələrində saxlanılıblar.

Təqsirləndirilən şəxsləri 3 ildən 15 ilə qədər həbs gözləyir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4260
avatar

Sevinc Fərid

Oxşar yazılar