Dava zamanı həmyaşıdını ÜRƏYİNDƏN BIÇAQLAMIŞDI...  - MƏHKƏMƏ
01 aprel 2021 09:10 (UTC +04:00)

Dava zamanı həmyaşıdını ÜRƏYİNDƏN BIÇAQLAMIŞDI... - MƏHKƏMƏ

İsmayıllıda qətl törədən Səxavət Məsimlinin cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseynovun icraatına verilib.

Xatırladaq ki, ötən il dekabrın 20-də axşam saatlarında İsmayıllı şəhər sakini 19 yaşlı Məsimli Səxavət Sübhan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Talıstan kənd sakini olan həmyaşıdı Musayev Fərid Mehdi oğlunu bıçaqlayıb.

Ürək nahiyəsindən xəsarət alan Fərid Musayev hadisə yerində dünyasını dəyişib. Qətli törədən Səxavət Məsimli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Mehman Nəbiyev

Oxşar yazılar