COVID xəstələrindən pul alan daha bir həkim tutuldu
23 aprel 2021 17:37 (UTC +04:00)

COVID xəstələrindən pul alan daha bir həkim tutuldu

Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Sabirabad  rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına yoluxan şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Fazil Əliyev bu gün həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 4884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar