Cinayətdə şübhəli bilinən 100-dən çox adam saxlanıldı, 3 ölü  -  KRİMİNAL XRONİKA
08 sentyabr 2022 10:45 (UTC +04:00)

Cinayətdə şübhəli bilinən 100-dən çox adam saxlanıldı, 3 ölü - KRİMİNAL XRONİKA

Sentyabrın 7-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 67, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.

# 2952
avatar

Mehman Nəbiyev

Oxşar yazılar