Həbsdəki qardaşına  yeməyə dolma,   çəkməyə  narkotik   gətirdi
02 may 2024 18:25 (UTC +04:00)

Həbsdəki qardaşına yeməyə dolma, çəkməyə narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Lent.az Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs olunan Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşının gətirdiyi sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1731
avatar

Oxşar yazılar