İstintaq fotosu
17 noyabr 2021 20:15 (UTC +04:00)

İstintaq fotosu

Çay Evində DƏHŞƏTLİ QƏTL: Anasını doğradı, bacısını... - VİDEO

Bakıda Çay Evində qadının oğlu tərəfindən öldürülməsi ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az həmin dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, 31 yaşlı Zamin Baxşiyev bacısı 29 yaşlı Şahanə Mirzəyeva və anası 52 yaşlı Mahirə Baxşiyevanın yaşadıqları Bakı şəhərində əxlaqsız həyat tərzi sürdüklərini zənn edərək, onları cəzalandırmaq istəyib. Bu məqsədlə martın 9-u saat 20 radələrində yaşadığı evdən bıçaq götürərək Lənkərandan Bakıya yollanıb. Ayın 10-u gecə saat 1 radələrində paytaxta çataraq, anasının işlədiyi Çay Evinə gəlib.

Qətl baş verən Çay Evi

Anası ilə mübahisə edib, ondan dəfələrlə bacısının olduğu yeri soruşub, amma cavab ala bilməyib. Bundan sonra o, anasının müxtəlif nahiyələrinə ardıcıl, ümumilikdə 35 dəfə zərbə endirib.

İş üzrə dindirilmiş Zamin Baxşiyev bildirib ki, atası Afərin Baxşıyev 2007-ci ildə vəfat edib. Anası Mahirə Baxşıyeva ilə 2018-ci ilin sonlarına qədər birlikdə yaşayıblar. Bacısı Şəhanə Baxşıyeva Bakıda tək qaldığı üçün anası onun yanına köçüb. Amma onların harada yaşadıqlarından xəbərsiz olub.

2020-ci ilin sonlarında Lənkəranda anası və bacısı haqda xoşagəlməz sözlər yayılmağa başlayıb. Amma o, bu söhbətlərin konkret kim tərəfindən yayıldığını bilməyib.

Qətl baş verən Çay Evi

Zaminin sözlərinə görə, bacısı Şəhanə Lənkəranda 11-ci sinifdə oxuyarkən Yusif adlı oğlana qoşularaq Bakıya qaçıb. Sonra anası onu Zığ qəsəbəsində taparaq geri qaytarıb. 2012-ci ildə o, Mirzə adlı şəxsə ərə gedib. Bu nikahdan bacısının bir oğlu və bir qızı olub. 2018-ci ildə Şəhanə yoldaşından boşanıb. Zamin düşünüb ki, Şəhanə Bakıda əxlaqsızlıq edir, anası da bunu bilərək qohumlardan gizlədir. Onun fikrincə, hətta anası bacısına müxtəlif şəxslərlə görüşmək üçün şərait yaradıb. Telefonla danışarkən bir neçə dəfə anasından xahiş edib ki, bacısı bu hərəkətlərə son qoysun və Lənkərana qayıtsın. Amma anası buna icazə verməyib.

Mahirə Baxşiyevanın meyiti

O, bildirib ki, 2021-ci il martın 9-da axşam babasından qalmış dəmir dəstəkli ov bıçağını götürərək, Lənkərandan Bakıya gəlib. Məqsədi bacısını tapıb onu rayona qaytarmaq, əks halda onu öldürmək olub. Gecə Bakıda xalası oğlu Cavidanla görüşüb və hər şeyi ona danışıb. Cavidan ona belə şey etməməyi tövsiyə edərək, Lənkərana qaytarmaq istəyib. Zamin isə yalandan anası və bacısını götürüb Lənkəranda aparacağını, orada birgə yaşayacaqlarını bildirib.

İstintaq fotosu

Cavidan Zaminə inanıb və ona anasının Xətai rayonunda yerləşən Çay Evində gecə növbəsində xadimə işlədiyini söyləyib. Həmin gecə 1 radələrində rayona qayıtmaq adı ilə Cavidana sağollaşaraq taksi ilə Çay Evinə gedib. Yolda anasına zəng edərək, Şəhanə ilə görüşmək istədiyini dedikdə, qadın ona “narahat olma, bacın səni qarşılayacaq” söyləyib. Saat 1:30-da Çay Evinin qarşısına gəlib, yenidən anasına zəng edib. Mahirə Baxşıyeva qapını açaraq, onu içəri dəvət edib. Bacısını soruşanda, anası onun orda olmadığını deyib. Qadın yemək və çay hazırlamaq üçün mətbəxə keçib. Zamin deyib ki, Şəhanə rayona qayıtsın və əxlaqsız hərəkətlərinə son qoysun. Anası bu dəfə kobud cavab qaytarıb ki, “qız yaxşı edir, heç yerə qayıtmayacaq, biz bu həyatı seçmişik”. Sonra onlar kabinetə keçiblər, anası hazırladığı yeməkləri və çayı qarşısına qoyub. Onu və ailə üzvlərini biabır etməməsini xahiş edəndə, anası əsəbiləşib, ayağa qalxaraq onu və atasını söyüb. Bundan sonra Zamin ayağa duraraq, bıçaqla ansının qollarına və döş qəfəsinə zərbələr vurmağa başlayıb. Acıqlı olduğu üçün zərbələri sayını bilməyib. Anası əvvəl divana, sonra isə yerə yıxılıb. Bundan sonra qismən sakitləşib. Bıçağı yenidən şalvarının kəmər yerinə keçirib, otaqdan çıxıb. Barda stolun üstündə olan enerji içkisini götürərək, çay evindən çıxıb. Daha sonra taksi ilə Lənkərana qayıdıb.

İstintaq fotosu

Zaminin bacısı Şahanə Mirzəyeva məhkəmədə çıxış edərkən bildirib ki, atası vəfat etdikdən sonra 2010-cu ildə o, Lənkəran şəhərində ailə qurub, nikahdan 2 azyaşlı övladı var. 2018-ci ildə boşanıb, həmin vaxtdan etibarən qızı onunla, oğlu isə əri ilə yaşayır. Anasına Bakıya köçüb, yaşamasını təklif edib. Kirayə ev tutub, birlikdə yaşayıblar. Həmin vaxtdan etibarən özü, həmçinin anası müxtəlif kafe və restoranlarda aşpaz və xadimə işləyiblər.

İstintaq fotosu

Həmin gün anası zəng edərək Zaminin barışıq üçün Bakıya gəldiyini deyib. O, isə bildirib ki, qardaşına etibar yoxdur, onunla görüşməyə dəyməz. Anası onun yaşadığı ünvanı Zaminə deməyəcəyini söyləyib. Növbəti gün Zaminlə görüşüb-görüşmədiyini öyrənmək üçün zəng etsə də, anası telefona cavab verməyib. Saat 11 radələrində polis əməkdaşı zəng edərək anasının iş yerində yıxılıb, xəsarət alması haqda məlumat verib. Çay evinə çatanda anasının öldürüldüyünü öyrənib və sonra rayona, onun dəfninə gedib.

Qətldə istifadə olunan bıçaq
  
Məcburi-narkoloji tibbi yoxlamaya əsasən, Zamin Baxşiyevdə çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Amma müayinə zamanı onda narkomaniya və alkoqolizmin əlamətləri aşkar olunmayıb.
  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Baxşiyev cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Çay Evində DƏHŞƏTLİ QƏTL: Anasına 35 bıçaq vurdu, bacısını...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16428
avatar

Mehman Nəbiyev

Oxşar yazılar