Borca görə 52 yaşlı kişini PARÇALADILAR  -  FOTO
08 aprel 2021 17:53 (UTC +04:00)

Borca görə 52 yaşlı kişini PARÇALADILAR - FOTO

Türkiyənin Antalya vilayətində dəhşətli cinayət qeydə alınıb.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, aprelin 7-də şəhərdəki evlərin birinin həyətindən 52 yaşlı Süleyman Ekenin parçalanmış meyiti tapılıb. İstintaq orqanının apardığı araşdırma nəticəsində məlum olub ki, onu Oqtay və Mehmet Yılmaz qardaşları qətlə yetiriblər.

Hadisənin 6000 lirə (təxminən 1250 manat) borc üstündə baş verdiyi bildirilir. Onun parçalara ayrılan meyiti bir evin bağçasında tapılıb. Başı və döş qəfəsinin axtarışları davam edir.

Dəhşətli cinayəti törədən qardaşlar isə sabah məhkəməyə təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961
avatar

Mehman Nəbiyev

Oxşar yazılar