Bir günə 50 kiloya yaxın narkotik ələ keçirildi
04 mart 2023 12:07 (UTC +04:00)

Bir günə 50 kiloya yaxın narkotik ələ keçirildi

Martın 3-də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22,2 kiloqramdan artıq heroin, 19,5 kiloqrama yaxın marixuana, 93 qram tiryək, 7,3 kiloqramdan çox metamfetamin, 13 ədəd çətənə kolu, həmçinin 2450 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

# 1878
avatar

Oxşar yazılar