Bakıda yol DAVASI:  avtobus sürücüsü QAN TÖKDÜ
02 oktyabr 2024 10:01 (UTC +04:00)

Bakıda yol DAVASI: avtobus sürücüsü QAN TÖKDÜ

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə səhər saat 7 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində, Bakı Beynalxalq Avtovağzal kompleksinin yaxınlığında baş verib.

Avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı bıçaqla “Mercedes-benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlunu qarnından bıçaqlayıb.

Bayramov Elnur İsrafil oğlu şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Mehman Nəbiyev

Oxşar yazılar