Bakıda quldurluq edən tutuldu
17 aprel 2021 19:21 (UTC +04:00)

Bakıda quldurluq edən tutuldu

Paytaxt sakininə qarşı quldurluq edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə bir şəxsin Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Alıyevi döyərək “KİA” markalı avtomobilini, 350 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Kərimli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar