Bakıda qardaşını öldürən tutuldu -RƏSMİ
19 mart 2021 10:06 (UTC +04:00)

Bakıda qardaşını öldürən tutuldu -RƏSMİ

Bakıda qardaşını öldürən şəxsə cinayət işi açılıb.

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, martın 18-də saat 23 radələrində rayon ərazisində 53 yaşlı Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 52 yaşlı Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Mehman Nəbiyev

Oxşar yazılar