Bakıda qadının çantasından oğurluq etdilər
01 aprel 2021 12:29 (UTC +04:00)

Bakıda qadının çantasından oğurluq etdilər

Martın 30-da Nərimanov rayonu ərazisində paytaxt sakini olan bir qadının çantasından 210 manat və sənəd oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar B.Ağamalıyev və Ş.Rizvanov saxlanılıblar.

B.Ağamalıyevdən 1,520 qram, Ş.Rizvanovdan 1,590 qram heroin götürülüb.

# 1272
avatar

Mehman Nəbiyev

Oxşar yazılar