Bakıda qadına qarşı QULDURLUQ: pulunu və telefonunu aldı
17 iyun 2023 14:02 (UTC +04:00)

Bakıda qadına qarşı QULDURLUQ: pulunu və telefonunu aldı

Bakıda qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 13-də Biləcəri qəsəbəsi ərazisində bir qadının 110 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2810

Oxşar yazılar