Bakıda mağazada QAN TÖKÜLDÜ:  bıçağı qarnına sancdı
30 noyabr 2023 10:34 (UTC +04:00)

Bakıda mağazada QAN TÖKÜLDÜ: bıçağı qarnına sancdı

Bakıda mağazada bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən mağazada baş verib.

Şamaxı rayon sakini, 25 yaşlı İsrafilov Firudin Malik oğlu mübahisə zamanı 22 yaşlı Bərdə rayon sakini Hacıyev Cümşüd Duman oğlunu bıçaqlayıb.

Qarnından bıçaq xəsarəti alan yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. F. İsrafilov saxlanılıb.

# 2079
avatar

Oxşar yazılar