Bakıda kişini döyüb qaçırdılar
24 fevral 2023 10:36 (UTC +04:00)

Bakıda kişini döyüb qaçırdılar

Fevralın 21-də saat 16 radələrində Nəsimi rayonunun C.Səlimov küçəsində bir nəfərin bir qrup şəxs tərəfindən döyülməsi və onu “Fiat” markalı avtomobillə aparmaları barədə Nəsimi rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Araşdırmalarla 5 nəfərin xuliqanlıq zəminində R.Mamedovu döyüb xəsarət yetirmələri, avtomobillə aparmaları və 3-cü mikrorayon ərazisində buraxmaları müəyyən olunub.

Əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinənlərdən əvvəllər məhkum olunmuş Ədalət Vəliyev və Pərviz Nəhmətov müəyyən olunaraq saxlanılıb. Şəxsiyyəti müəyyən olunan digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

# 2574
avatar

Oxşar yazılar