Aqil Abbasov və odlu silah
14 aprel 2022 09:58 (UTC +04:00)

Aqil Abbasov və odlu silah

Bakıda "Kalaşnikov" satmaq istəyən saxlanıldı - VİDEO

Bakı sakini silah satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu Ramana qəsəbəsində əməliyyat tədbiri keçiriblər. Nəticədə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasov qısa zamanda saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.

Faktla bağlı toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.

# 2058
avatar

Mehman Nəbiyev

Oxşar yazılar