Bakıda  GÖRÜNMƏMİŞ ƏMƏLİYYAT:  40 kilodan çox narkotik...
23 aprel 2021 12:12 (UTC +04:00)

Bakıda GÖRÜNMƏMİŞ ƏMƏLİYYAT: 40 kilodan çox narkotik...

Bakıda narkotik alverçiləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında  keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hüseynov Binəqədi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 29 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 kiloqram 135 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 868 qramdan artıq tiryək götürülüb.

Sabunçu rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının  keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 260 qramdan artıq, avtomobilindən isə 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülüb.

Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının  keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, 3 qrama yaxın marixuana və rayon ərazisindəki yaşayış sahələrinin birindəki yarımtikilidə gizlətdiyi 25 kiloqram marixuana aşkar edilərək götürülüb.

# 3558
avatar

Mehman Nəbiyev

Oxşar yazılar