Bakıda evlərdən 220 min manatlıq oğurluq edən şəxs HAKİM QARŞISINDA
27 may 2021 09:20 (UTC +04:00)

Bakıda evlərdən 220 min manatlıq oğurluq edən şəxs HAKİM QARŞISINDA

Bakıda 220 min manatlıq oğurluq edən Sadiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

Xatırladaq ki, ötən ilin dekabr ayında paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər Nizami RPİ-nin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən içərisində 25000 manat, 1200 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyf oğurlanıb.

Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub. Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisələr əvvəllər dəfələrlə məhkum olunub, Sabunçu rayon sakini Sadiq Həsənov tərəfindən törədilib. 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan S.Həsənov etdiyi cinayətləri etiraf edib. Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38800 manat, 1200 dollar və 177000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər. Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Mehman Nəbiyev

Oxşar yazılar