Bakıda azyaşlını zorlayanlara CİNAYƏT İŞİ  açıldı - YENİLƏNİB
23 fevral 2022 18:15 (UTC +04:00)

Bakıda azyaşlını zorlayanlara CİNAYƏT İŞİ açıldı - YENİLƏNİB

Bakıda 12 yaşlı qızın zorlanması ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Suraxanı rayon sakini, 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

saat 11:43

Bakıda 12 yaşlı qız zorlanıb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini İ. A (ad şərtidir) polisə ərizə ilə müraciət edərək, qızı, 2010-cu il təvəllüdlü M. R-nın (ad şərtidir) 2 nəfər tərəfindən zorlandığını və zorlanma anının videoya çəkildiyini bildirib.

Daxil olan şikayət əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20430
avatar

Mehman Nəbiyev

Oxşar yazılar