Bakıda anasını öldürmək istəyən oğuldan YENİ XƏBƏR
15 aprel 2022 19:31 (UTC +04:00)

Bakıda anasını öldürmək istəyən oğuldan YENİ XƏBƏR

Bakıda anasını bıçaqlamaqda təsdiqləndirilən Rövşən Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il oktyabrın 17-də paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 2991
avatar

Mehman Nəbiyev

Oxşar yazılar