Bakıda 19 yaşlı oğlanı öldürən TUTULDU
10 iyun 2022 09:12 (UTC +04:00)

Bakıda 19 yaşlı oğlanı öldürən TUTULDU

Bakıda qətl hadisəsi olub.

Baş Prokurorluq və Daxili İşlər Nazirlikləri mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, iyunun 9-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 19 yaşlı Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Cinayət işi üzrə keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 19 yaşlı İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

# 3714
avatar

Mehman Nəbiyev

Oxşar yazılar