Bakıda 13 yaşlı uşağa  bıçaq çəkib telefonunu aldı
01 mart 2023 09:26 (UTC +04:00)

Bakıda 13 yaşlı uşağa bıçaq çəkib telefonunu aldı

Bakıda yeniyetmə oğlana qarşı quldurluq edilib.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 27-i günorta saatlarında Nərimanov rayonunda qeydə alınıb. Naməlum şəxs 13 yaşlı Tağıyev Cavid Elmar oğlunu evinin yaxınlığında bıçaqla hədələyərək, 400 manatlıq telefonunu alıb.

Bu barədə onun anası A. Alıyeva polisə müraciətində bildirib.

Müraciət əsasında Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri görülüb və nəticədə hadisənin Zeynalov Zöhrab Əfqan oğlu tərəfindən törədildiyi məlum olub. O, saxlanılaraq, şöbəyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1971
avatar

Mehman Nəbiyev

Oxşar yazılar