Bağ qonşusunun  BAŞINI kəsdi
07 noyabr 2021 14:32 (UTC +04:00)

Bağ qonşusunun BAŞINI kəsdi

Sankt-Peterburq sakini Priozerski rayonundakı bağ ərazisindəki bağçada qonşusu olan 56 yaşlı qadının başını kəsib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, noyabrın 6-da zərərçəkənin təmizlik işləri görən tanışı polisə müraciət edib. Hadisə yerinə gələn əməliyyatçılar çarpayıda qadının başı kəsilmiş meyitini aşkar ediblər.

Həmin gün cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun Sankt-Peterburq sakini olduğu üzə çıxıb.

“İlkin məlumata görə, şübhəli şəxslə zərərçəkmiş arasında spirtli içki qəbul etdikdən sonra şəxsi düşmənçilik zəminində münaqişə yaranıb”, - məlumatda vurğulanır.

Hadisə yerində müstəntiqlər barmaq izləri, biomateriallar, iki bıçaq, balta və mişar aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5622
avatar

Oxşar yazılar