Azyaşlı qızı döyüb boyunbağısını aldı -  Azərbaycanda
31 may 2021 15:06 (UTC +04:00)

Azyaşlı qızı döyüb boyunbağısını aldı - Azərbaycanda

Yevlaxda azyaşlıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 30-da Yevlax şəhəri ərazisində naməlum şəxs 4 yaşlı qıza zor tətbiq edərək qızıl boyunbağısını talayıb. Bu barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini H.Əsgərov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1623
avatar

Mehman Nəbiyev

Oxşar yazılar