Azərbaycanlıdan ŞOK ƏMƏL:  Miqrantı baltaladı, övladlarını girov götürdü - FOTO
24 iyun 2022 11:10 (UTC +04:00)

Azərbaycanlıdan ŞOK ƏMƏL: Miqrantı baltaladı, övladlarını girov götürdü - FOTO

Almaniyada 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayev axtarışa verilib.

Lent.az “Bild” jurnalına istinadla bildirir ki, hadisə Şimali Reyn Vestfaliya torpağının Kalletal şəhərində baş verib.

Azərbaycanlı miqrant balta ilə digər miqrantın evinə girərək onu yatdığı yerdə baltalayıb. 

Hadisənin qısqanclıq zəminində baş veridiyi deyilir.

Ən dəhşətlisi isə odur ki, Elçin Ağayev öldürdüyü şəxsin 2 və 5 yaşlı uşaqlarını da girov götürərək qaçıb. Bundan sonra telefonu söndürüb və maşınını da meşə kənarına atıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8106
avatar

Mehman Nəbiyev

Oxşar yazılar