Axtarışa verilən Gülnarə Babayeva
02 aprel 2021 20:15 (UTC +04:00)

Axtarışa verilən Gülnarə Babayeva

Azərbaycanlı qızları Türkiyədə satan AXTARIŞDA - FOTO

Bakıda insan alverində təqsirləndirilən mütəşəkkil dəstə üzvü Babayeva Gülnarə Ramazan qızı axtarışa verilib.

Lent.az-ın məlumatına görə, əslən Sabirabad rayonundan olan Şirvan şəhər sakini, 35 yaşlı G.Babayeva Azərbaycanda bir çox qadınları ölkədən kənarda intim əlaqələr üçün satmaqda təqsirli bilinir. Onun barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 144-1-ci  (insan alveri) maddəsilə axtarış elan edilib.

Xatırladaq ki, onun anası Babayeva Sədaqət Mehar qızı da 2017-ci ildə eyni cinayət əməli üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Gülnarə Babayeva isə himayəsində azyaşlı uşaq olduğu üçün 2007-ci ildə insan alverinə görə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Ancaq verilən cəzalar Babayevalara dərs olmayıb və onlar öz “peşə”lərinə davam ediblər.

Məlumata görə, qruplaşma üzvləri Azərbaycanın müxtəlif regionlarından qadınları aldadaraq Türkiyənin Sivas şəhərinə aparırmış. Həmin ölkəyə çatdıqda isə aldadılan qadınların şəxsiyyət vəsiqələri əllərindən alınıb və seksual istismara yönəldiliblər. İstismar mehmanxana və evlərdə həyata keçirilib. Bunun müqabilində verilən pulları da cinayətkarla özlərinə götürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12018
avatar

Mehman Nəbiyev

Oxşar yazılar