Azərbaycanda şair dövlət işi adı ilə 200 nəfərin başına OYUN AÇDI - YENİLƏNİB
04 may 2022 11:40 (UTC +04:00)

Azərbaycanda şair dövlət işi adı ilə 200 nəfərin başına OYUN AÇDI - YENİLƏNİB

Dövlət qurumları adından saxta vakansiyalar verən şəxslə bağlı bir sıra məlumatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Sərastan Bəşirov Sərastan Gur imzası ilə şerlər yazır. O, əvvəllər xəbər portallarından birində redaktor kimi çalışıb.

S. Bəşirovun hazırda "Xəzər" televiziyasında çalışdığı bildirilir.

***
Saat: 10:14

Dövlət qurumları adından elan saytlarına saxta vakansiyalar yerləşdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanun pozuntularını törətməkdə şübhəli bilinən Sərastan Bəşirov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı onunla əlaqə saxlayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.

Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Aşkar edilən faktlarla bağlı araşdırmalara başlanılıb və Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Dövlət qurumları adından vakansiya verən saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9663
avatar

Mehman Nəbiyev

Oxşar yazılar