Azərbaycanda qadın narkotacir tutuldu -  FOTO
20 may 2021 10:17 (UTC +04:00)

Azərbaycanda qadın narkotacir tutuldu - FOTO

Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini Gülsabah Rəsulova rayon ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman sellofan torbada olan 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Mehman Nəbiyev

Oxşar yazılar