Azərbaycanda kişini öldürüb basdıran şəxsdən YENİ XƏBƏR
27 dekabr 2022 10:14 (UTC +04:00)

Azərbaycanda kişini öldürüb basdıran şəxsdən YENİ XƏBƏR

Azərbaycanda illər əvvəl dəhşətli qətl törədən Sevindik Nazirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanmış materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun icraatına verilib.

Qeyd edək ki, 2014-cü ildə Qusar rayonu Tofiq İsmayılov küçəsində 45-46 yaşlarında  olan Mahir Fərzəliyev öldürülərək, evlərdən birinin həyətində basdırılıb. Hadisəni törədən şəxslərdən biri xəstəlikdən ölüb.

Məlumata görə, hadisəni törədən digər şəxs Sevindik Nazirov son zamanlar qarabasmadan əziyyət çəkib. O, polisə könüllü gələrək, təslim olub.

Nəzirov törətdiyi əməli etiraf edib və Fərzəliyevi basdırdıqları yeri göstərib. Əraziyə prokurorluq və polis əməkdaşları cəlb ediliblər. Evin həyətyanı sahəsinə baxış keçirilən zaman insan sümükləri aşkar edilib.

Ev sahibi baş vermiş hadisədən xəbərsiz olub.

# 2526
avatar

Mehman Nəbiyev

Oxşar yazılar