Azərbaycanda  kişini oğurlayıb   görün nə tələb etdilər?
04 iyul 2022 11:33 (UTC +04:00)

Azərbaycanda kişini oğurlayıb görün nə tələb etdilər?

Bakıda kişi girov götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə zərərçəkənin  qardaşı Bakı şəhər sakini R.Ş. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciətində bildirib. O qeyd edib ki, qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazılıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşını Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradovun və Cəbrayıl rayon sakini Ə.Həsənovun oğurlaması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü  (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3855
avatar

Mehman Nəbiyev

Oxşar yazılar