Azərbaycanda evə BASQIN:   3 nəfər yaşlı kişini...
01 dekabr 2021 15:01 (UTC +04:00)

Azərbaycanda evə BASQIN: 3 nəfər yaşlı kişini...

Azərbaycanda evə basqın olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Ucar rayonu Qaracallı kəndində qeydə alınıb. Kənd sakini 65 yaşlı Nemət Səmədovun evinə girən 3 maskalı şəxs onu döyərək, pul verməsini tələb ediblər.

Onlar evi axtardıqdan sonra 400 manat pul taparaq oradan qaçıblar.

Hadisə ilə rayon Polis Şöbəsinə məlumat verilib. Cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 2064
avatar

Mehman Nəbiyev

Oxşar yazılar