Azərbaycanda əfv edilən qadın yenidən cinayət törətdi
02 iyun 2021 12:34 (UTC +04:00)

Azərbaycanda əfv edilən qadın yenidən cinayət törətdi

Bakıda dələduzluq etməkdə təqsirli bilinən Türkan Şəfiyeva və Susanna İslamzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyevin icraatına verilib.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilənlərdən Türkan Şəfiyeva 2011-ci ildə dələduzluq etdiyi üçün məhkum olunub. O, 2012-ci ildə əfv edilərək azadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Mehman Nəbiyev

Oxşar yazılar