Azərbaycanda DƏHŞƏT:  qardaşını öldürüb həyətdə basdırdı
03 fevral 2022 17:26 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: qardaşını öldürüb həyətdə basdırdı

Azərbaycanda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 5-də Masallı rayon Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı törədilmiş gizli cinayətin üstü açılıb. Belə ki, itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.  

Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı, 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

# 3732
avatar

Mehman Nəbiyev

Oxşar yazılar