Azərbaycanda DƏHŞƏT:  kişi gəlinini və nəvəsini baltaladı
01 mart 2023 15:17 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: kişi gəlinini və nəvəsini baltaladı

Sumqayıtda 70 yaşlı kişi gəlinini və nəvəsini baltalayıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon adlanan ərazisində qeydə alınıb. 70 yaşlı Şahbala Mirzəməmmədov gəlini 40 yaşlı Sevinc Məhərrəmova və 9 yaşlı nəvəsinə balta ilə xəsarətlər yetirib.

Məlumata görə, Ş Mirzəməmmədovun oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Saxlanılan kişi ifadəsində gəlininin ərinə xəyanət etdiyini deyib.

Məsələ barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:

“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin  əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”.

# 4167
avatar

Oxşar yazılar