Azərbaycanda axtarışda olan 16 nəfər saxlanıldı
27 mart 2021 12:01 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 16 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları martın 26-da törədilmiş 23 cinayətin üstünü “isti izlər”lə açıb.  

Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

# 1335
avatar

Oxşar yazılar