Azərbaycanda 64 cinayətkar tutuldu - KRİMİNAL XRONİKA
04 avqust 2022 11:38 (UTC +04:00)

Azərbaycanda 64 cinayətkar tutuldu - KRİMİNAL XRONİKA

Avqustun 3-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 60 -nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 28 -nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

 Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2700
avatar

Sevinc Fərid

Oxşar yazılar