Ələ keçirilən heroin
26 aprel 2021 16:30 (UTC +04:00)

Ələ keçirilən heroin

Azərbaycanda 2 narkotacir tutuldu: 26 kilodan çox...-FOTO

Astarada 26 kiloqamdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumat görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar.

Keçirilən baxış zamanı S.Ağayevin üzərindən 3 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. E.Ağayevin yaşadığı evə və Azərbaycandahəyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Mehman Nəbiyev

Oxşar yazılar