Avtomobildən 34 kilodan çox  narkotik tapıldı
21 aprel 2022 13:16 (UTC +04:00)

Avtomobildən 34 kilodan çox narkotik tapıldı

Masallıda avtomobildən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışında şübhəli olan Ağcabədi rayon sakinləri Elçin və Elnur Məmmədovlar və Qubadlı rayon sakini P.Məhərrəmov saxlanılıblar. Əməliyyat zamanı P.Məhərrəmovun idarə etdiyi “Ford-Transit” markalı avtomobilə baxış keçirilib.

Bu zaman oradan ümumilikdə 34 kiloqram 715 qram narkotik vasitə və 600 ədəd təsiredici həb (17 kiloqram 650 qram heroin, 6 kiloqram 315 qram metamfetamin, 10 kiloqram 750 qram marixuana və 600 ədəd metadon həbi)  aşkar edilərək götürülüb.

# 1899
avatar

Mehman Nəbiyev

Oxşar yazılar